"Barselona" klubunun vitse-prezidenti Xosep Maria Bartomeu Madrid "Real"ının ulduzu Kriştiano Ronaldoya ehtiyac duymadıqlarını bildirib.
Qol.Az-ın məlumatına görə, Bartomeu Ronaldonun gələcəkdə "Barselona"ya keçidinin qeyri-mümkün olduğunu açıqlayıb:
"Ronaldonu Kataloniyaya gətirmərik. Doğrudur, o çox yaxşı və ulduz futbolçudur, ancaq Ronaldoya "Barselona"da yer yoxdur. Onsuz da dünyanın ən yaxşı futbolçuları bizim komandamızdadır. Əsasən də Lionel Messi. Onun dünyada bənzəri yoxdur".
Qeyd edək ki, Ronaldonun gələcək illərdə "Barselona"ya keçəcəyi haqda xəbərlər yayılıb.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı