Hücumçu axtarışında olan Türkiyənin “Fənərbaxça” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının futbolçusu Yussef Əl-Arabiyə elçi düşüb.
Qol.Az-ın məlumatına görə, bu barədə “Əl-Hilal”ın idman direktoru Əl-Jaber Fransanın “10 Sport” telekanalına açıqlama verib.
O bildirib ki, 24 yaşlı forvardla Fransa “Marsel”i də maraqlanır. Lakin bu klubdan fərqli olaraq, “Fənərbaxça” rəsmi təklif də ünvanlayıb.
Hətta Türkiyə klubunun rəsmiləri hazırda Səudiyyə Ərəbistanında Əl-Arabinin Türkiyəyə getməsi üçün müzakirələr aparır. “Sarı-lacivərdlilər” ərəb qolçunun qış transfer dövründə keçidi üçün 10 milyon avro ayırıblar. “Əl-Hilal” da “Fənər”in təklifinə üstünlük verəcəyini açıqlayıb.
Qeyd edək ki, Mərakeş yığmasının üzvü olan Yussef Əl-Arabinin adı əvvəllər də “Fənərbaxça” ilə birgə çəkilib. Lakin həmin vaxt bu transfer reallaşmayıb.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı