Dekabrın 2-də Ukraynanın paytaxtı Kiyevdəki olimpiya stadionunda 2012-ci il Avropa çempionatının “Tanqo-12” adlı rəsmi topunun ilkin təqdimatı olub.
Qol.Az-ın məlumatına görə, topu İspaniya yığmasının baş məşqçisi Visente Del Boske, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Vilyar və Polşa yığmasının yarımmüdafiəçisi Rafal Muravski təqdim edib.
Muravski deyib: “Top elə də yumşaq deyil, amma yaxşı sürətə malikdir. Dayananda yerə yapışır ki, bu da əladır. “Tanqo-12” 2010-cu il dünya çempionatındakı “Cabulani”dən daha yaxşıdır”.
Qeyd edək ki, yeni top Bakı vaxtı ilə saat 21:00-da başlanan püşkatma mərasimində rəsmən təqdim olunub.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı