Bu həftənin bazar günü Premyer Liqanın 15-ci turu çərçivəsində “Xəzər Lənkəran” növbəti ev oyununda Bakının “İnter” klubunu qəbul edəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutacaq oyun “Xəzər Lənkəran”ın cari mövsümdə səkkizinci ev oyunu olacaq.
Buna qədər keçirilmiş yeddi qarşılaşmasının altısında qalib olan komanda iki həftə öncə “Rəvan”la görüşün əlavə dəqiqələrində buraxdığı qolun sayəsində bu çempionatda ilk dəfə evdə xal itirib. Mirça Rednikin komandası yeddi ev oyunu ərzində 11 dəfə rəqib qapılarına yol tapıblar, öz qapılarından isə 4 top buraxıblar.
“İnter” isə bazar günü mövsümdə yeddinci səfər qarşılaşmasını keçirəcək. Paytaxt komandası rəqib meydanlarında oynadığı altı oyundan dördündə qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə də məğlub olub. Komandanın səfərdə qol nisbəti müsbətdir – 7 qol vurulub, 3 qol buraxılıb.
“Xəzər Lənkəran” son altı çempionat oyununda üç dəfə heç-heçə edib, bir dəfə məğlub olub və yalnız iki qələbə qazanıb ki, onlardan sonuncusu 28 oktyabr tarixinə təsadüf edir. “İnter” isə son altı oyunun üçünü qələbə ilə, üçünü isə heç-heçə ilə bitirib.
“İnter” 14 tur ərzində qapısında səkkiz qol görməklə çempionatın ən az qol buraxan komandasıdır. Həmçinin bu komandanın aktivində 12 vurulan qol var, bu da ilk 10 pillədə qərarlaşmış komandalar arasında ən aşağı göstəricidir.
“Xəzər Lənkəran” və “İnter” hal-hazırda çempionatda ən az məğlub olmuş komandalardır – hər komanda bu mövsüm iki dəfə meydandan xalsız ayrılıb.
Bu tur “Xəzər Lənkəran” çempionatlar tarixində 10-cu dəfə “İnter”i öz meydanında qəbul edəcək. Lənkəranda keçirilmiş doqquz çempionat oyununun altısında komandalar heç-heçə ediblər. Ən məşhur hesab isə 0:0 hesabıdır – Lənkəran təmsilçisi üç dəfə bu rəqiblə evdə qolsuz heç-heçə edib. Bir dəfə öz meydanında “İnter”ə məğlub olan “Xəzər Lənkəran” digər iki oyunu qələbə ilə bitirib.
Bu komandalar arasında Lənkəranda son oyun ötən çempionatın 27-ci turu çərçivəsində baş tutmuşdu və qarşılaşmada qalib müəyyən olunmamışdı. Həmin oyunda Parksın vurduğu qola on dəqiqə sonra Odikadze cavab vermişdi və oyun 1:1 hesabı ilə yekunlaşmışdı.
Oyunçulara gəldikdə isə Deyan Rusiç hələ ki, zədəlilər siyahısında qalmaqdadır. Bu həftə kubok oyununda zədələnərək əvəzlənən Subaşiçin növbəti oyuna hazır olub-olmaması da sual altındadır. Julius Vobayı isə artıq “İnter”lə oyunda görmək ehtimalı var.
Ötən tur “Simurq”la oyunda ikinci sarı vərəqə alaraq meydanı tərk edən Katalin Doman bir oyunluq cəzalandırılaraq qarşıdakı matçı buraxmalı olacaq. Sarı kart limitini aşdığına görə ötən turun matçında iştirak etməyən Pitin xidmətindən isə baş məşqçi “İnter”lə oyunda yararlana biləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı