"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze Unibank Pemyer Liqasının XV turunda qarşılaşacaqları "Xəzər-Lənkəran"a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən gürcü mütəxəssis Lənkəranda da məğlubiyyətsizlik seriyalarını davam etdirəcəklərini bildirib:
"Bizi çox maraqlı və eyni zamanda gərgin oyun gözləyir. Son görüşlərdə rəqib komanda xal itkilərinə mərus qalıb və buna görə də onlar bizimlə qarşılaşmaya ancaq qələbə əzmilə çıxacaqlar. Biz oyuna yüksək səviyyədə hazırlaşırıq. Ümid edirəm ki, Lənkəranda da məğlubiyyətsizlik seriyamız davam edəcək".
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı