Toni Adams “Qəbələ”də qala bilər

Toni Adams “Qəbələ”də qala bilər
XƏBƏR 2 Dekabr 2011 / 13:25 2380
-  A +

“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov sabiq baş məşqçiləri Toni Adamsın yenidən klubda fəaliyyətini davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub nümayəndəsi Qol.Az-ın müxbirilə söhbətində deyib ki, Adamsın “Qəbələ”də işləmək perspektivi var: “Toni Adams hazırda Bakıdadır. Klubumuzda işləmək perspektivi var. Buna klubumuzun prezidenti ilə görüşdən sonra tam aydınlıq gələcək. Bu ay görüşün baş tutacağı gözlənilir. Əgər klubumuzun düşüncələri ilə uyğun gələrsə, təbii ki, Adamsın komandada qalıb işləməsini istəyərik. Amma bir daha təkrar edirəm ki, buna Adamsın klub prezidentimizlə görüşündən sonra qərar veriləcək”.

Z.Əzizov Toni Adamsın “Qəbələ”də hər bir işi icra edə biləcəyini söyləyib: “Adams futbol adamıdır. Klubumuzda hər bir işi icra edə bilər. Çox böyük təcrübəyə malikdir. Futbolçuların seleksiya işləri ilə də məşğul ola bilər. O, klubumuza gəldikdən sonra həm marketinq, həm də kommersiya cəhətdən inkişafa nail olmuşuq. Bir çox sahədə onun təcrübələrindən yararlana bilərik”.
 

Son xəbərlər