Moskvanın «Dinamo» klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov 2011-2012-ci il mövsümünun təsnifat mərhələsində Rusiya Premyer Liqasının ən yaxşı sağ cinah yarımmüdafiəçisi olub.
Qol.Az-ın məlumatına görə, bu ada həmyerlimizi nüfuzlu «Sport-Ekspress» qəzeti layiq görüb.
Qeyd edək ki, Rusiya Premyer Liqasında təsnifat mərhələsi başa çatıb və həlledici mərhələ başlayıb. Gələn ilin əvvəlində çempionatın final mərhələsi davam etdirələcək.
2002-ci ildən Rusiya çempionatında çıxış edən Səmədov ən yaxşı oyunlarını cari mövsümdə nümayiş etdirir. O, hazırkı çempionatda 16 qolun ötürməsini verib, 5 dəfə isə özü fərqlənib.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı