"Neftçi"nin narazı qaldığı epizodlar (VİDEO)

XƏBƏR 2 Dekabr 2011 / 11:57 1956
-  A +

Xəbər verdiyimiz kimi, "Neftçi” klubu ölkə kubokunun 1/8 final mərhələsinin “Simurq”la keçirilən matçın hakimliyindən narazı qalıb.

Qol.Az-ın verdiyi məlumata görə, "ağ-qaralar" matçın protokoluna öz etirazını qeyd edib.

Yeri gəlmişkən, “Simurq”la keçirilən matçda “Neftçi”nin 6 futbolçusu – Cavid Hüseynov, Denis Silva, Slavço Georgievski, Rauf Mehdiyev, İqor Mitreski və Ruslan Abışov sarı vərəqə ilə cəzalandırılıb. Görüşün 30-cu dəqiqəsində isə referi Flavinyoya qırmızı vərəqə göstərərək, onu meydançadan kənarlaşdırıb.



Son xəbərlər