"Çelsi" klubunun baş məşqçisi Andre Villas Boaş komandasının son zamanlar uğursuz çıxışı haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Boaş uğursuz nəticələrə baxmayaraq, "Çelsi"dən getmək niyyətində olmadığını bildirib:
"Çelsi"yə 3 illik bir layihə üçün gəlmişəm və bunu gerçəkləşdirəcəyimə inanıram. "Çelsi"dən getmək haqda düşünmürəm. Doğrudur, son zamanlar uğursuz çıxış edirik. Ancaq belə vəziyyət istənilən komandada yaşanır.
Ona görə də ruhdan düşmək lazım deyil. Torresin zəif çıxışına gəldikdə isə heç bir futbolçumu müzakirə etmək istəmirəm. İnanıram ki, Torres və komanda yoldaşları "Çelsi" bu çətin vəziyyətdən çıxaracaqlar".
Qeyd edək ki, "Çelsi" 13 turdan sonra hazırda 25 xalla 5-ci pillədə qərarlaşıb.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı