Braziliya futbolunun canlı əfsanəsi Pele yenidən Lionel Messinin "bostan"ına daş atıb.
Qol.Az-ın məlumatına görə, Pele həmyerlisi Neymarın Messidən daha yaxşı futbolçu olduğunu bildirib:
"Mən Neymarın dünyanın ən yaxşı hücumçusu olduğunu deməmişəm. Sadəcə demişəm ki, Neymar Messidən daha yaxşı futbolçudur. O, çox texnikalı və sürətli oyunçudur. Onun əsas üstünlüyü isə rəqiblərindən çəkinməməsi və soyuqqanlı olmasıdır.
Messi "Barselona"da yaxşı çıxış etsə də bunu Argentina millisində nümayiş etdirə bilmir. Neymar isə həm klubunda, həm də Braziliya yığmasında inamlı təsir bağışlayır".
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı