Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.
Qol.Az-ın məlumatına görə, baş məşqçi Zoran Qayiçin komandası ilk turda Fransa “Mulhaus”unu darmadağın edib – 3:0.
İlk seti 25:15 hesablı üstünlüklə tamamlayan “Rabitə” növbəti iki setdə də rəqibinə aman verməyib – 25:13, 25:21 . B qrupunun digər matçında Türkiyə “Fənərbağça”sı Almaniya “Drezdner”ini yenib – 3:0 (25:16, 25:19, 25:21). “Rabitə” növbəti görüşünü dekabrın 6-da səfərdə “Drezdner”ə qarşı keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində yarışan daha bir təmsilçimiz “Azərreyl” də turnirə qələbə ilə başlayıb. Baş məşqçi Faiq Qarayevin komandası Rumıniya “Tomis”ini üstələyib – 3:0 (25:19, 25:18, 25:22). “Azərreyl” növbəti görüşündə İtaliya “Foppapedretti”sini Bakıda qəbul edəcək. Oyun dekabrın 7-də olacaq.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı