Unibank Premyer Liqasının XV turunda “Qəbələ” “Sumqayıt Şəhər”i qəbul edəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu komandalar arasında 2-ci görüş olacaq.
Güclülər dəstəsinin debütantı ilə ilk oyun cari mövsümün əvvəllərinə təsadüf edir. Avqustun 14-də keçirilən səfər matçında “Qəbələ” meydan sahiblərini 2:1 hesabı ilə məğlub etmişdi.
112 gün əvvəl Daniel Lopes Kruz və Luis Paulo Hilario Qəbələ təmsilçisinə qələbə qazandıran qolların müəllifi olmuşdu.
Lakin "Qəbələ" Sumqayıtın digər təmsilçiləri ilə dəfələrlə qarşılaşıb. 2005/06 mövsümündə 1-ci dəstədə “Gənclərbirliyi-2” ilə hər 2 matçda qələbə qazanan (4:1, 4:1) komanda bu rəqibin əsas heyətinə də gücünü göstərib.
Güclülər dəstəsinə çıxdıqdan sonra 2006/07 mövsümündə “Gənclərbirliyi”ndən 6 xal alan (2:0, 1:0) "Qəbələ" növbəti mövsümdə rəqibinə 1 oyunda 6 qol vurmaqla (6:0, 2:2) diqqət çəkmişdi. Gənclik şəhərinin digər təmsilçisi “Standard”la 2009/10 mövsümünə təsadüf edən hər 2 oyunda da komanda eyni – 2:1 hesabı ilə üstün olub.
Sumqayıta köçməzdən əvvəlki “Standard”la 4 oyunda “Qəbələ” 3 qələbə qazanıb və 1 dəfə məğlub olub. Lakin 2007/08 (1:0, 1:0) və 2008/09 (0:2, 2::1) mövsümlərində bu rəqib Bakını təmsil edirdi.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı