Azərbaycan kubokunun 1/8 final oyunu “Xəzər Lənkəran” üçün bir sıra yubileylərlə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qaradağ Lökbatan”la qarşılaşma komandanın tarixində 50-ci kubok oyunu olmaqla yanaşı digər məqamlarla da diqqət çəkib.
Bu matçlarda 33 qələbə, 9 heç-heçə və cəmi 8 məğlubiyyəti olan “Xəzər Lənkəran” 108 qol vurub və 35-ni buraxıb.
“Xəzər Lənkəran”ın 3:0 hesabı ilə qalib gəldiyi oyunun əsas qəhrəmanı olan Katalin Doman 2 qol vurmaqla həm də 3 yubileyə imza atıb. Birincisi bu oyun rumıniyalının komandanın heyətində 40-cı oyunu olub.
İkincisi isə Domanın matçda vurduğu sonuncu qol “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun ev oyunlarında rəqib qapısından keçirdiyi 60-cı qol olub. "Xəzər Lənkəran"ın futbolçuları buna cəmi 11 qol buraxdıqları 23 matçda nail olublar.
Domanla bağlı 3-cü yubiley isə onun dubla imza atmasıdır. Belə ki, bu dubl “Xəzər Lənkəran” tarixində 60-cı dubl olub. İlk dəfə komanda üçün 1 oyunda 2 qol vuran rumıniyalı bunu bacaran 31-ci futbolçu olub. Bu dublların 39-u ölkə çempionatı, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.
Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan seleksiyaçı məşqçimiz Zaur Ramazanovdur. Katalin “Xəzər Lənkəran”ın 3-cü rumıniyalısı olub ki, 1 oyunda 2 qol vurub. Ona qədər Klaudiu Radukanu 2, Robert İlyeş 1 dəfə bunu bacarmışdı.
“Xəzər Lənkəran”da dubla imza atanlar
8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmand Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 – Branimir Subaşiç
1 - Elvin Beqiri
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Katalin Doman (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba
Domanla bağlı yubileylərdən başqa daha bir neçə futbolçu üçün Suraxanı qəsəbə stadionundakı görüş əlamətdar olub. Alim Qurbanov komandada 175-ci, kapitan Rahid Əmirquliyev isə 170-ci matçını keçirib. Antonio Semedo isə 10-cu dəfə “ağ-yaşıl” formanı geyib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı