"Neftçi" klubunun müdafiəçisi İqor Mitreski Azərbaycan kubokunun 1/8 finalında qarşılaşdıqları "Simurq"la keçirilən oyun barədə fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən makedoniyalı futbolçu oyun haqda bunları deyib:
"Gərgin oyun alındı. Komanda yoldaşlarımla birgə sona kimi mübarizə apardıq. Təəssüf ki, hakim idarəçiliyi haqda eyni sözləri deyə bilməyəcəm. Referi ən adi epizodlarda sarı vərəqəyə əl atırdı. Avropa təcrübəmə əsaslanıb deyə bilərəm ki, mən belə idarəçilik görməmişəm. İstənilən halda qələbə qazandıq və gücümüzü hamıya nümayiş etdirdik".
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı