Azərbaycan taekvondoçuları 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirində çıxış edəcəklər.
Qol.Az-ın məlumatına görə, Böyük Britaniya paytaxtına yola düşəcək heyətə koreyalı mütəxəssis, məşqçi Con Conqbay, idmançılardan Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) daxil edilib.
Dekabrın 3-də start götürəcək turnirdə nümayəndə heyətinə Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin rəhbərlik edəcək. Yarış 2 gün davam edəcək.
Ardından taekvondoçularımız Parisin açıq çempionatına (“Paris Open”) yollanacaqlar. Dekabrın 8-də başlanacaq turnirdə ölkəmizi Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), London olimpiadasına lisenziyanı təmin etmiş Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (+80 kq) təmsil edəcək.
Hazırda Cənubi Koreyanın Seul şəhərində təlim-məşq toplantısında olan qadınlardan isə Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq) və London olimpiadasına vəsiqə qazanmış daha bir taekvondoçumuz Fəridə Əzizova (67 kq) beynəlxalq yarışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, döyüşlər olimpiya çəki dərəcələrində keçirilir.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi