“Neftçi” etiraz edir
“Neftçi” klubu ölkə kubokunun 1/8 final mərhələsinin “Simurq”la keçirilən matçın hakimliyindən narazı qalıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" matçın protokoluna öz etirazını qeyd edib.
Qeyd edək ki, “Simurq”la keçirilən matçda “Neftçi”nin 6 futbolçusu – Cavid Hüseynov, Denis Silva, Slavço Georgievski, Rauf Mehdiyev, İqor Mitreski və Ruslan Abışov sarı vərəqə ilə cəzalandırılıb.
Görüşün 30-cu dəqiqəsində isə referi Flavinyoya qırmızı vərəqə göstərərək, onu meydançadan kənarlaşdırıb.