17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunan çempionatda VIII turun oyunları keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Bakılı” - “Bakı” oyunu baş tutmayıb. Stadiona təcili yardım maşınının gəlməməsi buna səbəb olub. Nizam-İntizam Komitəsi bu məsələni araşdıraraq, oyunun taleyiylə bağlı qərar qəbul edəcək. Turun digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınınb:
Bakı zonası
«Qarabağ» - «Standard» 1:3
«Neftçi» - «Olimpik» 6:1
«İnter» - MOİK 4:1
Regionlar zonası
«MKT-Araz» - «Muğan» 1:1
«Simurq» - «Turan» 0:3
«Karvan» - «Xəzər-Lənkəran» 0:1
Yamaldan növbəti rekord