2012-ci ildə keçiriləcək nüfuzlu yarışlara daha yaxşı hazırlıq məqsədilə Azərbaycan avarçəkənləri xaricdə təlim-məşq toplantılarına start verirlər. Qol.Az-ın məlumatına görə, ilk hazırlıq prosesi dekabrın 1-də Bolqarıstanın Belmeken bazasında start götürəcək.
3 həftəyədək davam edəcək toplanışa akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko qatılacaq. Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına isə milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə onun köməkçisi Yuliana Stoyeva nəzarət edəcək.
Qeyd edək ki, Belmeken bazası dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Burada avarçəkənlərimiz fiziki hazırlıq səviyyələrini, dözümlülüklərini daha da yüksəltmək məqsədilə intensiv məşqlər edəcəklər. Toplanışa yollananlardan Valentin Demyanenko, Aleksandr Aleksandrov və Nataliya Mustafayeva artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Viktoriya Nençeva – İskra Angelova dueti də olimpiadaya vəsiqə qazanmağa iddialıdır. Onlar gələn il keçiriləcək olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar. Cəmi 16 yaşa malik Boris Yotov isə istedadlı akademik avarçəkənlərimizdən sayılır. Yotov bu il 18 yaşadək akademik avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı