Sergey Yuran: "Heç kimdə günah görmürəm"
“Mənə danışmaq çox çətindir. “Neftçi”nin oyunçuları yalandan yerdə uzanıb vaxt uzadırdılar. Lakin heç kimdə günah görmürəm, öz səhvimiz çox oldu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Sergey Yuran “Neftçi”yə qarşı keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin oyunundan sonra bildirib.
“Neftçi”ni təbrik edirəm, amma bilmirəm nə üçün. Artıq bütün fikrimizi çempionat oyunlarına yönəldəcəyik, qarşıda hələ uzun marafon var” – deyə o qeyd edib.
Qeyd edək ki, "Neftçi" klubu səfərdə "Simurq"a minimal hesabla qalib gəlib.