Azərbaycan kubokunun 1/8 finalında öz meydanında "Rəvan"la qarşılaşan "Bakı" rəqibini penaltilər seriyasında (3:2) məğlub edib.
Qol.Az-ın məlumatına görə, "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:
"Bərabər səviyyəli oyun oldu, qol imkanları çox deyildi. “Rəvan” çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Fikrimcə, ən yaxşı oyunumuzu göstərmədik.
Buna səbəb isə son oyunda daha çox güc sərf etməyimiz və futbolçularımızın tam bərpa ola bilməməsidir. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyunsonrası penaltilərdə qapıçımızın uğurlu çıxışını qeyd etməliyəm".
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı