Böyükağa Hacıyev: "Sergey Yuran mənə qarşı hörmətsizlik edir"

Böyükağa Hacıyev: "Sergey Yuran mənə qarşı hörmətsizlik edir"
XƏBƏR 30 Noyabr 2011 / 23:53 1674
-  A +

“Çox təəssüf olsun ki, artıq ikinci dəfədir ki, Sergey Yuran hörmətsizlik edərək mənimlə birlikdə mətbuat konfransında iştirak etmir. Bu, Azərbaycan futboluna və mənə qarşı hörmətsizlikdir. Yəqin ki, Yuran mənimlə üz-üzə gəlmək istəmir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/8 finalında səfərdə “Simurq”u minimal hesabla məğlub edən “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev komandasından razı qaldığını bildirib: “Futbolçumuza qırmızı vərəqə verildi, azlıqda qalsaq da qalib gələ bildik. “Simurq” bu futbolla üç gün də oynasa bizə qol vura bilməzdi. Komandadan razı qaldım, futbolçulara təşəkkür edirəm”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq