“Görüşün 43-cü dəqiqəsində komandamızın oyunçusu Asif Mirili qol vurdu. Hakim mərkəzi göstərdi. İlk hissədən sonra isə “Turan” meydana çıxmaq istəmədi”.
Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter” klubunun direktor müavini Səbuhi Səfiyarlı ölkə kubokunun bu gün «Turan»a qarşı keçirilmiş və yarımçıq dayandırılan 1/8 final oyunu haqda danışarkən deyib.
Qeyd edək ki, «Turan» qapısından buraxdığı ikinci qolun qapı xəttini keçmədiyini iddia edib və bu səbəbdən ikinci hissədə futbolçular meydana çıxmaqdan imtina ediblər.
S.Səfiyarlı hakimin qərarına qarışmaq ixtiyarında olmadıqlarını bildirib: “Hakimin qərarını dəyişmək səlahiyyətində deyilik. Yeri gələndə, “İnter” klubu da hakim səhvlərindən ziyan çəkib. Qol hesaba alınmışdı və qərar verilmişdi. Bizim buna qarışmaq ixtiyarımız yoxdur”.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı