Rusiyanın “Volqa” klubunun futbolçusu Vaqif Cavadovun Azərbaycan milli komandasından kənarlaşdırılmasına dair qərara AFFA yenidən baxacaq.
Bu haqda Lent.az-a AFFA İcraiyyə Komitəsinin (İK) üzvü İskəndər Cavadov bildirib.
Onun sözlərinə görə, noyabrın 30-da keçirilmiş İK-nın iclasında komitə üzvləri Ələkbər Məmmədov və Kazbek Tuayev 23 yaşlı hücumçunun yığmamıza qaytarılması barədə məsələ qaldırıblar. Onlar futbolçunun cavanlıq səhvinə yol verdiyini bildirərək, bu məsələnin anlayışla qarşılanmasını xahiş ediblər. Federasiya prezidenti isə bu məsələni Foqtsla müzakirə edəcəyinə və müsbət həllinə kömək edəcəyinə söz verib. Bununla belə, R.Abdullayev hər bir futbolçunun öz yerini bilməli olduğunu əlavə edib.
İ.Cavadov bu məsələyə dair İK-nın iclasında heç bir fikir bildirmədiyini söyləyib: “Nəsə desəydim, elə başa düşülərdi ki, Vaqif Cavadovun əmisi olduğumdan, onu müdafiə edirəm”.
Qeyd edək ki, Vaqif Cavadovun 2012-ci il Avropa çempionatının oktyabrın 7-də Azərbaycan və Avstriya milliləri arasında keçirilmiş seçmə qrup matçından sonra heç bir səbəb olmadan komandamızın düşərgəsini tərk etdiyini açıqlanıb. AFFA İntizam Komitəsi futbolçunu 1 il müddətinə yığmadan kənarlaşdırıb. Berti Foqts isə baş məşqçi olacağı müddətdə Cavadovu bir daha yığmaya çağırmayacağını bildirib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı