Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, yarışın son qalibi olan komanda 2004-cü ilin iyulundan başlayan tarixində artıq 8-ci dəfədir kubokda mübarizə aparacaq. Lənkəranlılar Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda I divizion təmsilçisi “Qaradağ Lökbatan”ı qəbul edəcək.
İndiyədək yalnız 1 dəfə 1/4 finalda mübarizəni dayandırıb, 2 dəfə 1/2 final, 1 dəfə isə finalda büdrəyən “Xəzər Lənkəran” 3 dəfə fəxri mükafatın sahibi olub. Bu göstəricidə yalnız “Neftçi” və “Kəpəz”dən geri qalan lənkəranlılar 4-cü titula doğru hərəkətə başlayır. Cənub təmsilçisi yeni mövsümü də qalib kimi bitirəcəyi halda, bu 2 kluba məxsus rekorda şərik olacaq. Rekorda doğru atılacaq ilk addım eyni zamanda yubileylə əlamətdar olacaq. Belə ki, indiyədək 49 kubok matçı keçirən “Xəzər Lənkəran” 50-ci görüşünə çıxacaq.
“Ay-yaşıllar”ın kubok oyunlarında indiyədək 108 futbolçu forma geyib. Bu göstəricidə rekord Alim Qurbanova məxsusdur – 33 oyun. Yeri gəlmişkən, “Xəzər Lənkəran” yaranan vaxtdan onun heyətində qalan yeganə futbolçu olan Alim ümumi oyun sayında (174) da 1-dir. 2009-cu ildən “Neftçi”də oynayan Rəşad Abdullayev 28, “Xəzər Lənkəran”ın hazırkı kapitanı Rahid Əmirquliyev 27 kubok matçı keçirib. Lənkəranlıların kubokda qollarını 37 futbolçu vurub. Vüqar Nadirov (13), Samir Əliyev (9), Rəşad Abdullayev (6) hamıdan çox qol vurublar. İndi onların heç biri “Xəzər Lənkəran”da deyil.
Kubok matçlarına 13 müxtəlif kapitanla çıxan cənub təmsilçisində bu göstəriciləri rekordçuları Mahmud Qurbanov (13), Kamran Ağayev (11) və Emin Quliyevdir (6). Onlardan Kamran cari mövsümə də kapitan kimi başlasa da, “Bakı” ilə çempionat matçında kobud səhvindən sonra sarğı onun əlindən alınaraq, Rahidə verildi.
“Xəzər Lənkəran”ın 4 futbolçusu – Kamran, Rahid, Alim və mövsümlərarası fasilədə komandadan gedən braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao 3 dəfə finalda oynamaqla, rekorda imza atıb. Onların hərəsi 2 dəfə kubokun qazanılmasında pay sahibi olubsa, 1 dəfə finalda məğlub olublar.
Mövsüm O Q H M TOP X nəticə qeyd
2004/05 6 2 3 1 6-5 9 ½ final 1
2005/06 8 6 1 1 19-3 19 ½ final 2
2006/07 9 8 0 1 24-2 24 KUBOK
2007/08 9 7 1 1 27-7 22 KUBOK 3
2008/09 4 2 1 1 8-3 7 ¼ final
2009/10 7 4 1 2 10-7 13 final
2010/11 6 3 2 1 11-8 11 KUBOK 4
Cəmi 49 32 9 8 105-35 105
Evdə 22 16 4 2 57-11 52
Səfərdə 21 13 3 5 42-21 29
neytral 6 3 2 1 6-3 11
Qeydlər: 1 - Ölkə kubokunun “Karvan”la cavab oyununun nəticəsi kimi 120 dəqiqənin nəticəsi əsas götürülüb. Cədvəldə nəzərə alınmayan penalti seriyasında “Xəzər-Lənkəran” 5:4 hesabı ilə qalib gəlib.
2 - “MKT-Araz”la nəticələri (0:0, 1:1) sonradan ləğv olunan kubok oyunları cədvəldə əks olunmayıb.
3 - “İnter”lə əlavə vaxtın oynanıldığı oyunun 90 yox (0:0), 120 dəqiqəsinin (2:0) nəticəsi hesaba alınıb.
4 - “İnter”lə əlavə vaxtın oynanıldığı oyunun 90 yox (0:0), 120 dəqiqəsinin (1:1) nəticəsi hesaba alınıb və penaltilər seriyası (4:2) nəzərə alınmayıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı