“Qəbələ” futbol klubunun yeni baş məşqçisi Fatih Kavlakın Lent.az-a müsahibəsi
- Sizcə, baş məşqçi postunda uzun müddət qalmağınız ilk növbədə, nədən asılıdır?
- Fəaliyyətimin nə qədər sürməsi digər klublardakı həmkarlarımın işi ilə bənzərdir. Yəni, işimiz uğurlu alınsa, fəaliyyətimiz də uzun müddət sürər. İnşallah, belə də olar.
- Qarşınıza hansı şərtlər qoyulub?
- Əvvəlki baş məşqçi Toni Adamsın qarşısına qoyulandan fərqli şərt qoyulmayıb. Baş məşqçi təyinatımadək “Qəbələ”də köməkçi-məşqçi idim. Ona görə də rəhbərliklə bəzi məsələləri yenidən müzakirə etmədik. Sadəcə, “Sənə güvənirik. Baş məşqçi postuna səni gətiririk” deyildi. Mən də “Qəbələ”nin hədəflərini bilirəm. Ona görə də “oldu” cavabını verdim. Hədəflərimizi bilməsəydim, “O olmaz, bu olar” deyərdim. Təklifi qəbul etdim və eyni hədəflərə doğru davam etməyə başladım.
- Bu posta yüksəlişinizdən sonra əvvəllər tutduğunuz köməkçi-məşqçi vəzifəsi boşalıb. Həmin vəzifəyə yenisini gətirmək niyyətində deyilsiniz?
- Belə bir fikrim var. Amma tələsmirəm. Unibank Premyer Liqasında dekabrın sonlarında fasilə yaranacaq. Həmin vaxtadək nəzərdə tutulan 5 oyunumuzu da başa vurduqdan sonra bu barədə daha ətraflı düşünəcəyik. İndi strukturlaşmaya vaxtımız yoxdur. “Onu-bunu istəməy”ə zaman sərf etmək istəmədim. Çünki baş məşqçi təyinatımdan 3 gün sonra “Neftçi” ilə oyunumuz vardı. Ardından “Bakı” ilə görüşümüz oldu. Noyabrın 30-da isə “Neftçala” ilə Azərbaycan Kubokunun 1/8 final matçına çıxacağıq. Daha sonra “Sumqayıt Şəhər”, “İnter”, “Turan” və “Qarabağ”la vacib çempionat oyunlarımız var. Hazırda bu qarşılaşmaları düşünürük. Əslində, Toni Adams baş məşqçi olduğu vaxt işlərin bir qismini mən görürdüm. İndi də paralel olaraq, həmin işləri həll edirəm. Amma inşallah, fasilə vaxtı bu istiqamətdə də işlər görüləcək.
- Baş məşqçi qismində “Qəbələ”ni 2 oyuna çıxardınız. “Neftçi”ni udsanız da, “Bakı”ya uduzdunuz. Bu oyunlardan hansı dərsləri çıxardınız?
- 1:0 hesabı ilə qalib gəldiyimiz ilk oyundan 100 faiz razı qaldım. 1:2 hesabı ilə uduzduğumuz ikinci oyunda isə bəzi çatışmazlıqları gördük. Təbii ki, heç kim yenilmək istəməz. “Bakı” ilə səfər matçımızda əksiklərimizi görmək yaxşı oldu. İnşallah, gələcəkdə işlərimiz daha yaxşı olar.
- “Bakı” ilə qarşılaşmanızda rəqib futbolçu Uinston Parks müdafiəçilərinizi asanlıqla keçirdi. Halbuki arxa xəttinizdə Saşa Yunisoğlu, Vurğun Hüseynov, Nodar Məmmədov kimi yığma üzvləri yer almışdı. Onların bu dərəcədə zəifliyi nədən irəli gəlirdi?
- Çatışmazlıqlarımızı aradan qaldırmaq üçün müntəzəm çalışırıq. “Bakı” ilə qarşılaşmada həddən artıq səhvimiz oldu. Bunların bir səbəbi də meydançanın özümüzə aid hissəsində topla həddən artıq oynamağımızla bağlı idi. Nəticədə hücumların qurulmasına həm çox vaxt sərf etdik, həm də itirdiyimiz topları “Bakı”nın Aleksandar Şoliç, Uinston Parks kimi güclü ön xətt oyunçuları dəyərləndirdilər. Fərdi səhvlərimiz oldu. Amma oyunlarımızı dərindən analiz edirik. Növbəti oyunlarda çatışmazlıqlarımızı aradan qaldıracağımıza inanıram. Nodar Məmmədov Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının kapitanı olub, Saşa Yunisoğlu əsas millidə vaxtaşırı çıxış edib, Vurğun Hüseynov isə fərqli mövqelərdə olsa da, yığmada oynayıb. Yəni, müdafiəçilərimiz keyfiyyətlidirlər, amma dediyim kimi, “Bakı” ilə qarşılaşmada öz meydançamızda itirdiyimiz toplar bizi çətin vəziyyətdə qoydu.
- Bəs heyətinizdəki yararlı oyunçuların sayı yetərincədir?
- Mövqelər üzrə baxsaq, çatışmayan oyunçularımız var. Qış fasiləsində bu istiqamətdə çalışacağıq. Hazırda həmin oyunçuların adlarını dəqiqləşdiririk. Amma onların nəinki adlarını, hətta hansı mövqelərə alınacaqlarını indidən açıqlamağı düzgün saymıram. Alacağımız oyunçulara əsasən heyətdən kimlərin gedəcəyinə də qərar verəcəyik.
- Azərbaycan yığmasına da cəlb olunan Murad Hüseynovun son oyunlarda çıxış etməməsi nə ilə bağlıdır?
- O da heyətimizin bir üzvüdür. Məşqlərdə səylə çalışır. Amma komandadakı bütün oyunçuları meydançaya buraxa bilmərəm. Qarşıdakı oyunlarda Hüseynova da şans verilməsi mümkündür.
- Premyer Liqada təsnifat mərhələsinin son 4 turunu gələn il keçirməli olacaqsınız. “Qəbələ” hazırda 7-ci pillədədir. Bu ilin sonunadək ilk “6-lığ”a düşə bilməsəniz, hər hansı basqı hiss etməyəcəksiniz?
- Hazırda 9 komanda ilk “6-lığ”a düşmək uğrunda mübarizə aparır. Mən isə iddia edə bilərəm ki, “Qəbələ”nin hədəfi bu yox, Avropa kuboklarına vəsiqədir. İnşallah, buna da nail olacağıq. Bu, həm mənim üçün, həm də heyətdəkilər üçün bir şansdır. Biz nə etmək istədiyimizi çox yaxşı bilirik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı