“Qəbələ” klubunun yamaykalı futbolçusu Deon Barton vətəninə göndərilib. Bu barədə Lent.az-a komandanın baş məşqçisi Fatih Kavlak məlumat verib.
Türkiyəli mütəxəssis 35 yaşlı forvardın zədələnməsini səbəb göstərib. Onun sözlərinə görə, “Neftçi” ilə Unibank Premyer Liqasının XIII tur matçında xəsarət alan Bartonun 3 həftəyədək sıradan çıxdığı məlum olub.
Qış fasiləsinədək təqribən bu qədər müddət qaldığını nəzərə alan komanda rəhbərliyi ona öz evində müalicə olunmaq imkanı yaradıb.
Qeyd edək ki, Deon Barton 1:0 hesabı ilə nəticələnən qarşılaşmanın 51-ci dəqiqəsində zədələnərək, yerini komanda yoldaşı Nuran Qurbanova verib.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi