Ronaldo: "Hələ çempion olmamışıq"

Ronaldo: "Hələ çempion olmamışıq"
XƏBƏR 29 Noyabr 2011 / 15:51 1787
-  A +

"Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo komandasının son çıxışlarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Ronaldo mövsümə yaxşı başlasalar da, hələ çempion olmadıqlarını bildirib:

"Mövsümə yaxşı başlamışıq. Son zamanlar daha uğurlu çıxış edirik. Ancaq çempionluq haqda danışmaq tezdir. Çünki hələ çempion olmamışıq və qarşıda uzun bir marafon var. Hər oyunu ayrı-ayrılıqda düşünməli və təmkinli olmalıyıq".

Qeyd edək ki, hazırda 34 xalla turnir cədvəlinə başçılıq edən "Real" klubu ən yaxın izləyisi "Barselona"nı 6 xal qabaqlayır.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır