Dünya çempionatının seçmə mərhələ oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Simurq” Gürcüstanın sabiq çempionu - “Sioni”ni Zqatalaya dəvət edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala şəhər stadionunda “Simurq”la “Sioni” arasında yoxlama oyunu keçirilib. Oyunun əvvəlində qonaqlar hesabı açsalar da, Roman Pokoranın yetirmələri fasilədən sonra oyunda dönüş yarada biliblər. 23 yaşlı Rasim Ramaldanov vurduğu 2 qolla “Simurq”a qələbə qazandırıb. Xatırladaq ki, 2006-cı ildə “Bakı” Çempionlar Liqasının birinci mərhələsində məhz “Sioni”ylə qarşılaşmış və iki oyunun nəticəsinə əsasən rəqibinə 1:2 hesabıyla məğlub olaraq, mübarizəni dayandırmışdı.
Yamaldan növbəti rekord