Azarkeşləri “Qarabağ” və “Simurq”u xərcə saldı

XƏBƏR 29 Noyabr 2011 / 13:04 1412
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, iclasda Unibank Premyer Liqasının XIV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar alınıb:

Unibank Premyer Liqasının XIV turunun “Simurq”– “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Katalin Doman kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

Oyunun 78-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. (maddə 52).

“İnter”– AZAL matçında isə AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub (maddə 40). 

“Qarabağ”– “Neftçi” matçının 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub (maddə 52).

Son xəbərlər