Qvardiola: "Düzəlməsək, çempionluq əldən gedəcək"

Qvardiola: "Düzəlməsək, çempionluq əldən gedəcək"
XƏBƏR 29 Noyabr 2011 / 02:33 1911
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola əzəli rəqibləri Madrid "Real"ı ilə aralarında 6 xallıq fərqin yaranmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Qvardiola "Real"ı uzağa buraxmamaları üçün daha çox çalışmalı olduqlarını vurğulayıb:

"Uzun müddət zirvədə ola bilməzsən. Ancaq ilk dəfədir ki, "Real" bizdən önə keçir. Bu da normal qarşılanmalıdır. Çünki "Real" güclü komandadır.

Daha yaxşı olmaq və onlara çatmaq üçün isə çox çalışmalıyıq. Hazırda yaxşı formadayıq, ancaq La Liqanın zirvəsində olacaq səviyyədə deyilik. Bununla belə, sona qədər mübarizə aparacağıq. Əgər düzəlməsək, çempionluq əldən gedəcək".

Qeyd edək ki, "Barselona" hazırda 34 xalla turnir cədvəlinə başçılıq edən "Real"dan 6 xal geri qalır.

Daha çox


Son xəbərlər