Benzema: "Real" "El Klassiko"ya hazırdı"

Benzema: "Real" "El Klassiko"ya hazırdı"
XƏBƏR 29 Noyabr 2011 / 01:25 1671
-  A +

"Real" (Madrid) klubunun hücumçusu iki həftə sonra qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu komandasının "El Klassiko"ya hazır olduğunu bildirib:

"Heç şübhəsiz, La Liqanın ən güclü klubları məhz "Real" və "Barelona"dır. Komanda olaraq ilk "El Klassiko"ya hazırıq. Ancaq "Barselona" ilə oyundan öncə "Sportinq" (Xixon) klubuna qalib gəlməliyik. "Barselona" ilə 6 xallıq fərqi saxlamaq bizim üçün çox vacibdir".

Qeyd edək ki, "Real" - "Barselona" matçı dekabrın 10-da keçiriləcək.

Daha çox


Son xəbərlər