"Mançester Siti"nin çempion olmaq şansı yoxdur"

"Mançester Siti"nin çempion olmaq şansı yoxdur"
XƏBƏR 29 Noyabr 2011 / 00:01 1959
-  A +

"Mançester Yunayted" klubunun sabiq futbolçusu Devid Bekhem Premyer Liqanın hazırki lideri "Mançester Siti"nin çempionluq şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, 36 yaşlı futbolçu "Mançester Siti"nin bu mövsüm çempion olacağına inanmadığını bildirib:

"Məncə, "Mançester Siti"nin bu mövsüm çempion olmaq şansı yoxdur. Doğrudur, onlar bu il çox yaxşı komanda qurublar. Ancaq "Mançester Yunayted"in böyük təcrübəsi var. İnanıram ki, məhz bu faktor sonda öz sözünü deyəcək".

Qeyd edək ki, "Mançester Siti" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 5 xal geri qalan "Mançester Yunayted" isə ikinci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər