50 min avroluq dava

XƏBƏR 28 Noyabr 2011 / 19:50 1980
-  A +

İtaliyanın «Roma» klubu futbolçusu Pablo Osvaldonu 50 min avro məbləğində cərimə edib.

Qol.Az-ın «Football Italia»ya istinadən yaydığı məlumata görə, buna Osvaldonun komanda yoldaşı Erik Lamellə dalaşması səbəb olub.

Hadisə «Roma»nın «Udineze»yə məğlub olduğunu oyundan sonra baş verib.

Osvaldonun adı həmçinin növbəti turda «Fiorentina»ya qarşı oyunun iştirakçıları sırasına salınmayacaq. Bununla belə, o, əsas komandayla birgə məşq edəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner