“Topu ya yerlə Fərhad Vəliyevin ayaqları arasından keçirməliydim, ya da ...”

XƏBƏR 31 Mart 2009 / 11:57 2476
-  A +

“Razıyam ki, Azərbaycanla oyunumuz bir o qədər də uğurlu alınmadı. Demək olmaz ki, bütün oyun boyu rəqib qapısına doğru hücum etdik. Digər tərəfdən bizim əsas məqsədimiz qələbə idi ki, ona da nail olduq. Yeni ildəki ilk iki matçda məqsədimiz 6 xal qazanmaq idi ki, bu tapşırığın da 50 faizini artıq yerinə yetirmişik”. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, bu sözləri şənbə günü “Lujniki”əd milli komandamızın qapısından ikinci qolu keçirən Konstantin Zıryanov deyib. Zıryanov etiraf edib ki, millimizlə oyunda həqiqətən də güclü oynamayıblar: “Bilirəm ki, azazrkeşlər bizim oyunumuzdan bir o qədər də razı qalmayıblar. Onları da başa düşmək olar. Fanatlar çoxdan idi ki, milli komandanın oyununa tamaşa etmirdilər. Onlar bizi dəstəkləməyə gəlmişdilər və gözləyirdilər ki, biz rəqibin qapısını “qol atəşi”nə tutacağıq. Məsəlçün 14 qol vuracağıq. Amma müasir futbolda bu cür nəticələrə artıq rast gəlmək mümkün deyil. Hamı futbol oynamağı öyrənib. İndi yaxşı oynamayıb, qələbə qazanmaq da mümkündür. Hesab edirəm ki, biz əsil gücümüzü mundialın final mərhələsində göstərəcəyik. Biz orada şənbə günü Azərbaycanla oyundakı kimi çıxış etməyəcəyik”. Təcrübəli futbolçu millimizin qapısından keçirdyi qolu belə təsvir edib: “Həmin an Pavlyuçenko mənə ötürmə verərkən qapıya zərbə endirəcəyimi dəqiqləşdirdim. Burada isə meydana başqa sual çıxmışdı. Mən qapıya necə zərbə endirəcəkdim? İki variant var idi. Mən topu ya yerlə qapıçının ayaqları arasından keçirməliydim, ya da göylə topu uzaq küncü nişan almalıydım. Topu qəbul etdikdən sonra başa düşdüm ki, ikinci variant daha ağlabatandır. Nəticədə hər şey istədiyim kimi alındı. Halbuki mən sol ayağımla çox nadir hallarda qol vururam”. Zıryanov bildirib ki, Lixtenşteynlə oyunları millimizlə müqayisədə daha çətin keçəcək: “Fikrimcə, Lixtenşteynlə oyun Azərbaycanla qarşılaşmadan daha çətin olacaq. Çünki bu dəfə biz səfərdə oynayacağıq. Azərbaycan və Lixtenşteyn kimi komandalar bizimlə oyunda dümək olar ki, bütün komandayla müdafiədə otururlar. Onlar rəqibə fərqlənmək imkanı verməməyə çalışırlar. Bu cür oyunlarda hesabı nə qədər tez açsan, bir o qədər yaxşıdıdr”.

Son xəbərlər