Parks: "Qələbəyə layiq idik"

XƏBƏR 27 Noyabr 2011 / 12:35 1537
-  A +

“Oyundan öncə hər kəs matçın çətin keçəcəyini bilirdi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Bu bütün komandanın qələbəsidir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə matçdan sonra “Bakı” klubunun hücumçusu Uinston Parks klubun rəsmi saytına açıqlamasında deyib.

Parks görüşə yaxşı hazırlaşdıqlarını deyib: “Matça yaxşı hazırlaşmışdıq. Qələbəyə layiq idik”.

Qeyd edək ki, çempionatın son turunda “Bakı” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdi. Komandasının qollarından birinə Uinston Parks imza atıb

Daha çox


Son xəbərlər