19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ı Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını başa vurub. AFFA-nın rəsmi internet saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində millimiz ilk oyunda özbəkistanlı həmyaşıdlarına 1:0 qalib gəlib, ikinci qarşılaşmada isə Rusiyanın Murmansk şəhərinin "Severnı" klubuna 1:2 hesabı ilə məğlub olub. Millimiz toplanışı qələbə ilə başa vurub. "Antalyaspor" klubunun nəzdindəki müxtəlif yaş qruplarından ibarət komandaların üzvlərindən təşkil olunmuş kollektivlə qarşılaşan U-19 5:2 hesabı ilə qalib gəlib.
Yamaldan növbəti rekord