Ruslar Vaqif Cavadovun çıxışına qiymət verdilər

XƏBƏR 27 Noyabr 2011 / 02:30 2398
-  A +

Rusiya mətbuatı ötən gün "Volqa"nın heyətində növbəti görüşünə çıxan həmyerlimiz Vaqif Cavadovun oyununa qiymət verib.

Qol.Az-ın məlumatına görə, "Krılya Sovetov"la oyunda 77 dəqiqə meydanda olan Vaqifin çıxışı 5 balla qiymətləndirilib.

Ruslar digər futbolçularla müqayisədə Cavadovun çıxışına aşağı bal verib. Vaqiflə yanaşı, "Volqa"nın daha iki futbolçusu 5 bala layiq görülüb. Yerdə qalan futbolçular isə 5,5 balla qiymətləndirilib.
 
Qeyd edək ki, "Krılya sovetov" - "Volqa" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Daha çox


Son xəbərlər