AZAL-ın məşqçisi: "İlk hissədə daha yaxşı oynadıq"

XƏBƏR 26 Noyabr 2011 / 20:33 1445
-  A +

"Komandama oyun boyu göstərdiyi əzmkar mübarizəyə görə minnətdarlığımı bildirirəm. İki fərqli hissə oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra AZAL klubunun məşqçisi Rafiq Mirzəyev deyib.

Mirzəyev komandasının ikinci hissədə qol imkanlarından yararlana bilməməsindən gileylənib: "İlk hissədə daha yaxşı oynadıq. “İnter” ikinci hissədə bizə qol vurdu. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Kaxaber Sxadadzeni bu cür yaxşı komanda yaratdığına görə təbrik edirəm".

Qeyd edək ki, Unibank Premyer Liqasında XIV turun son görüşü olan paytaxt derbisində qalib müəyyənləşməyib - 1:1.

Daha çox


Son xəbərlər