Qurban Qurbanov "Neftçi"yə məğlubiyyətdən danışdı

Qurban Qurbanov "Neftçi"yə məğlubiyyətdən danışdı
XƏBƏR 26 Noyabr 2011 / 16:58 2965
-  A +

"Neftçi" komandasını təbrik edirəm. Maraqlı oyun keçdi, fərqli iki hissə izlədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

Qurbanov məğlub olmalarına baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "İlk hissədə komandam zəif təsir bağışlasa da, oyunlarından razı qaldım. İkinci hissənin əvvəli oyunda temp aşağı idi. Ancaq vaxt keçdikcə oyunçularım oyunun tempini tutdular. Doğma azarkeşlərimizin qarşısında məğlub olmaq istəməzdim. Arxa xəttə Rəşadla, Aqollinin olmaması bizə çətinlik yaratdı”.

Qeyd edək ki, Unibank Premyer Liqanın XIV turunda öz meydanında "Neftçi" ilə qarşılaşan "Qarabağ" klubu rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər