Puyol: "Hələ 9 il də oynaya bilərəm"

Puyol: "Hələ 9 il də oynaya bilərəm"
XƏBƏR 26 Noyabr 2011 / 00:06 1636
-  A +

İspaniyanın “Barselona” klubunun futbolçusu Karles Puyol peşəkar karyerasını başa vurmaq fikrindən çox uzaqdır.

Qol.Az-ın məlumatına görə, İspaniya yığmasının müdafiəçisi hələ uzun müddət yüksək səviyyədə çıxış etmək niyyətindədir.

Puyol bu barədə belə danışıb: “Fiziki cəhətdən özümü əla hiss edirəm. 8 aylıq zədədən sonra heç bir şikayətim yoxdur. Bu yaxınlarda demişdim ki, oynamaq üçün hələ 4-5 ilim qalıb. Amma indi söhbətin 8-9 ildən getdiyini iddia edə bilərəm. Pensiyaya isə 65 yaşında çıxırlar”.

Qeyd edək ki, aprel ayında məşhur müdafiəçinin 33 yaşı tamam olub.

 

Daha çox


Son xəbərlər