"Bakı"nın futbolçusu azarkeşlərdən dəstək istədi

"Bakı"nın futbolçusu azarkeşlərdən dəstək istədi
XƏBƏR 26 Noyabr 2011 / 00:04 1164
-  A +

"Qəbələ"yə qarşı bizi çox çətin oyun gözləyir. Rəqib güclüdür, biz bu oyuna ciddi hazırlaşırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Xavyer Junior bildirib.

Braziliyalı futbolçu "Qəbələ" ilə oyunda da azarkeşlərin onları tək qoymayacaqlarına inandığını vurğulayıb: "Meydanda yalnız qələbə naminə çıxıb, 3 xal üçün mübarizə aparacayıq.

İnanıram ki , bu oyunda da komandamızın azarkeşləri meydanda bizi tək qoymayacaqlar. Onlar son qarşılaşmalarda olduğu kimi “Qəbələ”yə qarşı oyunda da  bizə maksimum dəstək verəcəklər".

 

Daha çox


Son xəbərlər