Qarşısına dünya səviyyəli futbol klubu yaratmaq məqsədi qoyan “Qəbələ” futbol klubu bu istiqamətdə daha bir addım atıb. Bu barədə Qol.Az-a klubun mətbuat xidmətindən bildirilib.
“Qəbələ”nin təşəbbüsü ilə İspaniya “Barselona”sı ilə əməkdaşlıq barədə müqavilə imzalanıb. Əməkdaşlığın qurulmasında məqsəd əsas komandanın və akademiyanın inkişaf etdirilməsi və “Qəbələ”nin peşəkar futbol klubu kimi formalaşmasında “Barselona”nın təcrübəsindən yararlanmaqdır.
Müqaviləyə daxil olunan məsələlərdən ilkinin reallaşdırılmasına dekabrın 12-də start veriləcək. Razılaşmaya əsasən, “Barselona” klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcəklər. Bu müddət ərzində “Qəbələ”nin məşqçilərinə seminarlar keçiriləcək.
“Barselona”dan dəvət olunan məşqçi heyətinə Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell daxildir. Heyətə “Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılıq edəcək. Bu növ seminarlar üzrə ixtisaslaşmış Moratalla İspaniyada və digər Avropa ölkələrində “Barselona” futbol məktəblərinin və seminarlarının təşkilatçısı kimi tanınır.
10 günlük seminar çərçivəsində “Qəbələ”nin məşqçilərinə “Barselona” futbol akademiyasının məşq prinsipləri aşılanacaq. Seminar gün ərzində 6 saat olmaqla 3 saat nəzəri, 3 saat praktiki məşqlər şəklində keçiriləcək.
2012-ci ilin may və ya iyun aylarında Moratallanın başçılıq etdiyi heyət yenidən Qəbələyə bir həftəlik səfər edəcək və kursların nə cür effekt verdiyi müəyyənləşdiriləcək. Bundan əlavə, fevral və ya apreldə “Qəbələ” məşqçilərindən ibarət 8 nəfərlik qrup təcrübə məqsədilə “Barselona” akademiyasına bir həftəlik səfərə yollanacaqlar.
Qeyd edək ki, sözügedən müqavilə “Barselona” ilə əməkdaşlıq istiqamətində atılan ilk addımdır. Yaxın gələcəkdə “Qəbələ”nin akademiya komandalarının Barselonaya səfəri və bir neçə istedadlı gənc futbolçunun “Barselona”da təcrübə keçməsi planlaşdırılır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı