Sergey Fursenko: "Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək”

Sergey Fursenko: "Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək”
XƏBƏR 25 Noyabr 2011 / 17:16 1618
-  A +

Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko DÇ-2014-ün seçmə mərhələsinin təqvim müzakirəsi barədə fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, federasiya prezidenti təqvimin bütün tərəfləri qane etdiyini deyib: “Hadisələri taleyin ümidinə buraxmaqdansa, danışıqlar nəticəsində ortaq məxrəcə gəlmək daha məqbul variantdır. Hamımız kompromisə gedərək, belə demək mümkünsə, bütün tərəfləri qane edən təqvimin hazırlanmasına nail olduq. Bu, vəziyyətdən ən yaxşı çıxış yoludur. Çünki meydançadan başqa hər yerdə danışığa gedərək razılaşmaq lazımdır”.

Fursenko qrupdakı oyunlarla bağlı ətraflı danışmaq istəməyib: “Qrupdakı oyunların necə nəticələnəcəyi barədə indidən mülahizə yürütmək istəmirəm. Son zamanlar komandalar arasında səviyyə baxımından ciddi fərq hiss olunmur.

Rusiya çempionatında çıxış edən legionerlərlə bağlı suala gəlincə, bu məsələ dekabrın 5-də Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında müzkirəyə çıxarılacaq. Hansı qərarın çıxarılacağı barədə indidən fikir bildirmək mümkün deyil. Çalışacağıq ki, dostlarımızın xətrinə dəyməyək”.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər