Əsgər Abdullayev: "Komanda uzun müddət idi, məşqçisiz qalmışdı"

Əsgər Abdullayev: "Komanda uzun müddət idi, məşqçisiz qalmışdı"
XƏBƏR 25 Noyabr 2011 / 17:11 1672
-  A +

"Komanda uzun müddət idi ki, məşqçisiz qalmışdı. Qısa zamanda məşqlərə başladıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"lə oyundan sonra keçirilən mətbuat konfransında "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Abdullayev "Kəpəz"lə oyunda komandasının sonadək mübarizə aparmasına sevindiyini bildirib: "Oyun gərgin keçdi, gənc futbolçulardan ibarət yeni komanda qurulur. Bir neçə futbolçumuz da zədəli idi. Buna baxmayaraq, oyunçularımın sona qədər mübarizə aparması sevindirici haldır. Son dəqiqələrdə istəyimizə çatdıq və hesabı bərabərləşdirdik".

Qeyd edək ki, Premyer Liqanın son turunda səfərdə "Kəpəz"lə qarşılaşan "Turan" oyundan 1:1-lik heç-heçə ilə ayrılıb.

Daha çox


Son xəbərlər