PSJ-dən Bekhemə 11,6 milyon funt-sterlinq

PSJ-dən Bekhemə 11,6 milyon funt-sterlinq
XƏBƏR 25 Noyabr 2011 / 15:46 1496
-  A +

"Los Angeles Qalaksi"nin futbolçusu Devid Bekhem Fransanın PSJ klubu ilə müqavilə imzalamağa çox yaxındır.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisi 36 yaşlı futbolçuya il yarımlıq müqavilə təklif edib.

Yenidən Avropada çıxış etmək istəyən Bekhemin də PSJ-nin təklifini müsbət qarşıladığı bildirilir. İngilis futbolçu PSJ-də oynayacağı təqdirdə 11,6 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Bekhemlə İngiltərənin "Tottenhem" klubu da yaxından maraqlansa da, real təklif PSJ-dən gəlib.                 

Daha çox


Son xəbərlər