Sabah Premyer Liqanın XIV turunda Azərbaycan derbisi - “Qarabağ” - “Neftçi” oyunu baş tutacaq.
Bu günə qədər “Qarabağ”la “Neftçi” öz aralarında 55 oyun keçiriblər. Ağdamdakı qarşılaşma bütün çempionatların iştirakçısı olan komandaların 44-cü derbisi olacaq. Tərəflər 6-cı dəfə Ağdamda qarşılşacaq.
Bu komandalar rəsmi olaraq ilk dəfə 1992-ci ildə keçirilən ill milli çempionatda qarşılaşıblar. Sentyabrın 26-da Respublika stadionunda baş tutan, 2000 azarkeşin izlədiyi və Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşmada “Qarabağ”dan Zaur Qarayev hesabı açmaqla derbidə ilk qolu vuran futbolçu kimi tarixə düşdü. Ev sahibləri Beydiyevlə hesabı bərabərləşdirərək hərəyə 1 xala razılaşıblar.
Oktyabrın 20-də isə tərəflərin Ağdamda ilk oyunu olub. Bu dəfə də Rüstəm Rəhimov fit çaldığı oyunda 1000 tamaşaçı “Qarabağ”ın əzəli rəqibi üzərindəki ilk qələbəsinə şahid olub. Beydiyev bu dəfə də fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları “Qarabağ”a qələbə gətirib.
1993-cü ildəki II çempionatda tərəflər yarışın formatı ilə əlaqədar üz-üzə gəlməyiblər. Əvəzində kubokun 1/4 finalında qarşılaşıblar. Aprelin 28-də Rüstəm Aslanovun idarə etdiyi qarşılaşma bu dəfə də Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsiylə nəticələnib. 3 ay sonra işğal olunacaq Ağdamdakı qarşılaşmanı 5000 azarkeş izləyib. “Qarabağ”dan Mehman Alışanovla Müşfiq Hüseynov, qonaqlardan isə Samir Ələkbərov fərqlənib.
Qeyd etdiyimiz kimi, bu qarşılaşmadan təxminən 3 ay sonra - iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olunub. Bundan sonra tərəflərin o vaxtdan Ağdam şəhərində oyunları baş tutmayıb. Bir də 16 il sonra Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində növbəti Azərbaycan derbisi baş keçirlib. 2009-cu ilin oktyabrın 18-də çempionatın təsnifat mərhələsində tərəflər qarşı-qarşıya gəlib. Azad Mütəllimovun idarə etdiyi oyunda cəmi 1 qol olub. Vaqif Cavadovun 40-cı dəqiqədə vurduğu qol 16 illik dönüşün qələbəylə qeyd olunmasıyla nəticələnib.
Rəqiblər Ağdamda həmin çempionatın final mərhələsində də qarşılaşıblar. 2010-cu ilin aprelin 10-da Adamiya və Rauf Əliyevin qolları “Qarabağ” 2:0-lıq qələbə qazanıb.
Nəhayət, ötən mövsüm. 2011-ci ilin mayın 13-də tərəflər Ağdamda 5-ci dəfə qarşılaşıblar. Elçin Məmmədovun idarə etdiyi oyunda Adamiyanın hett-trikiylə gələn 3:0-lıq qələbə “Neftçi”yə tarixinin 2-ci böyük hesablı məğlubiyyətini yaşadıb.
Beləliklə, 19 illik qarşıdurma tarixində tərəflər Ağdamda 5 dəfə qarşılaşıb və oynların hamısından “Qarabağ” qələbə ilə ayrılıb.
Mənbə: “Qarabağ” klubunun rəsmi saytı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı