"Sion" 10 milyon avro təzminat tələb edir

"Sion" 10 milyon avro təzminat tələb edir
XƏBƏR 25 Noyabr 2011 / 01:47 1502
-  A +

UEFA tərəfindən Avroliqadan kənarlaşdırılan İsveçrənin "Sion" klubu bu dəfə Fransa Futbol Federasiyasından (FFF) təzminat istəyib.

Qol.Az-ın məlumatına görə, buna səbəb kimi isə Fransadan transfer edilən futbolçuların lisenziyalarının vaxtında İsveçrə Futbol Federasiyasına (İFF) göndərilməməsi göstərilir.

"Sion" rəhbərliyi məhz bu səbəbdən Avroliqadan kənarlaşdırıldıqlarını və İsveçrə liqasında bəzi oyunların xallarının silinmə ehtimalı ilə qarşılaşdıqlarını iddia edirlər. Bunu əsas gətirən rəhbərlik Fransa Futbol Federasiyasından 10 milyon avro təzminat tələb edir.

Bu barədə açıqlama verən FFF isə "Sion"la UEFA arasındakı gərginliklə özlərinin heç bir əlaqəsinin olmadığını bildirib.

Daha çox


Son xəbərlər