"İnter" qarlı havada hazırlıqlarını davam etdirir

"İnter" qarlı havada hazırlıqlarını davam etdirir
XƏBƏR 25 Noyabr 2011 / 01:24 1480
-  A +

Premyer Liqanın XV turunda AZAL-la qarşılaşacaq Bakının "İnter" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün hazırlıqlara başlayan komanda yenidən bir araya gələrək axşam məşqinə çıxıb.

Şaxtalı havaya baxmayaraq, baş məşqçi Kaxaber Sxadadze komandasına məşq keçib.

Qeyd edək ki, Unibank Premyer Liqasının XIV turu çərçivəsində keçiriləcək "İnter"-AZAL oyunu noyabrın 26-da saat 18:00-da "Şəfa" stadionunda baş tutacaq.

Daha çox


Son xəbərlər