"Hazardın təzminat qiyməti 50 milyon avrodur"

"Hazardın təzminat qiyməti 50 milyon avrodur"
XƏBƏR 24 Noyabr 2011 / 18:55 1947
-  A +

Fransanın "Lill" klubunda çıxış edən Eden Hazardın qiyməti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, "Lill" rəhbərliyi Hazardı transfer etmək komandanın ən azı 50 milyon avrosundan keçməli olduğunu bildirib.

"Lill"in prezidenti Mişel Seyduks bu barədə belə danışıb: "Hazırda futbolçumuzla bir sıra komandalar yaxından maraqlanır. Ancaq Hazardın təzminat qiyməti 50 milyon avrodur. 

Komandanın maliyyə vəziyyəti qaydasında deyil. Bu problemi aradan qaldırmaq üçün Hazardı sata bilərik. Lakin dediyim kimi, futbolçunu almaq istəyən komanda 50 milyon avrosundan keçməlidir. "Lill"də heç bir futbolçumuz satılmaz deyildir".

Qeyd edək ki, belçikalı futbolçunun "Liverpul", "İnter" və "Real" (Madrid) klublarının maraq dairəsində olduğu bildirilir.

Daha çox


Son xəbərlər