"Çelsi"dən Kakaya 30 milyon funt-sterlinq

"Çelsi"dən Kakaya 30 milyon funt-sterlinq
XƏBƏR 24 Noyabr 2011 / 14:43 1786
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kaka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu ilə Londonun "Çelsi" klubu yaxından maraqlanır.

"Zadəganlar" 29 yaşlı futbolçu üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin Kaka hələlik "Çelsi"nin təklifini cavablandırmağa tələsmir.

Bu mövsüm keçirdiyi 10 oyunda 3 dəfə fərqlənən Kakanın Madriddə qalmaq istədiyi bildirilir. Ancaq "Çelsi" daha yüksək məbləğ təklif edəcəyi təqdirdə isə futbolçunun Madriddən ayrılacağı da istisna olunmur.

Qeyd edək ki, Kaka 2009-cu ildə 68,5 milyon avro müqabilində "Milan"dan "Real"a transfer edilmişdi.

Daha çox


Son xəbərlər